Yunanıstanda eynicinslilərin nikahı qanuniləşdirilib

Yunanıstan parlamenti eynicinsli nikahlar və eynicinsli cütlüklərin birlikdə uşaq sahibi olmasına icazə verən qanun layihəsini təsdiqləyib. Sherg.az xəbər verir ki, Mülki Məcəllənin nikahın iki fərqli cins arasında olması ilə bağlı maddəsinə dəyişiklik edilərək, eynicinsli cütlüklərin rəsmi nikah və birgə uşaq dünyaya gətirməsinə icazə verən qanun layihəsi 300 yerlik parlamentdə 176 “hə” səsi ilə qəbul edilib.

Açıq səsvermədə 76 deputat qanun layihəsinin əleyhinə səs verib, 2 deputat isə bitərəf qalıb. 46 deputat səsvermədə iştirak etməyib.

Hakim Yeni Demokratiya Partiyasının bütün deputatları qanuna müsbət səs verməsə də, qanun layihəsi partiya daxilində də mübahisələrə səbəb olub.

Müxalifətin solçu partiyalarında təmsil olunan deputatların əksəriyyəti qanun layihəsini dəstəkləyib. Solçu partiyanın bəzi deputatları səsvermədə iştirak etməməyi seçiblər.

Yunanıstan Kommunist Partiyası (KKE) övladlığa götürməyə icazə verəcəyi səbəbiylə qanun layihəsini dəstəkləməyib.

Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis, səsvermədən sonra sosial media hesabından etdiyi paylaşımda, "Bu gün Yunanıstan Avropa Birliyinin (AB) evlilikdə bərabərlik prinsipini qanuniləşdirən 16-cı ölkəsi oldu. Səs verdiyimiz qanun layihəsinə görə fəxr edirik. Yunanıstanı Avropa dəyərlərinə sadiq mütərəqqi və demokratik bir ölkədir" deyə bildirib.