Görənləri heyrətləndirdi: Dünyanın ən dərin yerində pivə şüşəsi tapılıb

Tədqiqatçılar dünya okeanının ən dərin nöqtəsi olan “Mariana çuxuru”nda heyrətə səbəb olan əşya tapıb. Bu, dənizə atılmış pivə şüşəsidir. Dənizə çox əşyalar, o cümlədən də şüşə və plastik qablar atılır. Lakin tədqiqatçıları heyrətləndirən bir pivə şüşəsinin dünya okeanının 11 kilometr dərinliyində tapılmasıdır. 
“Sherg.az” “NTV.com.tr”yə  istinadən xəbər verir ki, tədqiqatçılar dünyanın ən dərin yeri sayılan ”Mariana çuxuru”na eniblər. ABŞ-nin Oregon Dövlət Universitetinin coğrafiya və okionografiya üzrə professoru Don Rayt 2022-ci ildə insanların planeti geri dönüşü olmayan bir tərzdə çirkləndirdiyini söyləyib. “Los-Angeles Times”ın xəbərinə görə, pivə şüşəsinin tapıldığı sualtı tədqiqatın ilk hədəfi “Mariana çuxuru”'ndakı  “Challenger Deep”in,  yəni okeanın ən dərin nöqtəsinin "daha öncə ziyarət edilməmiş bir bölgəsini" kəşf etmək olub. Tədqiqatçılar ikinəfərlik oturacağı olan sualtı qayıqla Sakit Okeanın ən dərin nöqtəsinə eniblər və tədqiqata başlayıblar. Burada  pivə şüşəsi gördükdə isə çox heyrətləniblər. Onları təəccübləndirən həm də pivə şüşəsinin etiketinin pozulmamış halda qalması və bu şüşənin okeanın ən dərin nöqtəsinə necə gəlib çatmasıdır. Deməli, bir insanın atdığı şüşə insanlardan daha öncə okeanın ən dərin nöqtəsini “ziyarət edib”. Bu isə insanların təbiəti necə çirkləndirdiyinin, təbiətə divan tutduqlarının əyani göstəricisidir.