Finlandiya nədən dünyanın ən xoşbəxt ölkəsidir? - Sirr budur

Skandinaviya ölkəsi olan Finlandiya 2023-cü il Dünya Xoşbəxtlik Hesabatı tərəfindən ardıcıl 5-ci dəfə “dünyanın ən xoşbəxt ölkəsi” seçilib. Bəs, Finlandiyada yaşayan insanlar niyə bu qədər xoşbəxtdirlər?

Sherg.az xəbər verir ki,  Finlandiyada yaşayan psixoloq “dünyanın ən xoşbəxt ölkəsi”nin sirrini bölüşüb.

“The New York Post”un yazdığına görə, Finlandiyada yaşayan psixoloq və filosof Frank Martela məsələyə aydınlıq gətirib. "Finlandiya dünyada ən az bədbəxt insanların olduğu ölkədir söyləmək daha doğru olardı" deyir psixoloq.

Martelanın sözlərinə görə, Finlandiyada yaşayan insanların əməl etdiyi üç qayda var:

- Güclü icma və öhdəlik hissi.
- Başqalarına yaxşılıq etmək.
- Aydın məqsəd tapmaq

Martela deyir ki, bu qaydalara əməl olunarsa xoşbəxtliyə nail olmaq mümkündür:

"Ətrafınızda sizə qayğı göstərən və sizin qayğınıza qalan insanların olması sizi xoşbəxt edir. Araşdırmalar göstərir ki, dostlar və ailə ilə vaxt keçirmək həyatı daha da yaxşılaşdırır".

Yaxşılıq etməyin vacibliyini vurğulayan Martela bildirir ki, Kiməsə kömək edəndə və başqaları üzərində müsbət təsir yaratdıqda, öz xoşbəxtliyiniz və məna duyğunuz artır: "Məqsəd tapmaq çox vaxt asan olmasa da, cəmiyyətin xeyrinə cavab axtarmaq vacibdir".

 Martela əlavə edir: “Güclü məqsəd hissi həm də pis vəziyyətlərə dözməyi asanlaşdırır”.

Ölkənin yüksək əhval-ruhiyyəsi təkcə bu üç qaydadan asılı deyil, qurumlar da vacibdir.

Martela iddia edir ki, “yaxşı işləyən dövlət qurumları” da ölkənin xoşbəxtliyində mühüm rol oynayır.