Dünyanın ən cəlbedici dili məlum olubCəlbedici, romantik və  ehtiraslı... 


“Dünyanın ən cəlbedici dili” 6 min insanın iştirak etdiyi sorğu nəticəsində müəyyən edilib.
Sherg.az xəbər verir ki,  dil öyrənmə platformasının yeni araşdırmasına görə, dünyanın ən cəlbedici dili artıq fransız dili deyil. İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və ABŞ-dən ümumilikdə 6 min insana "ən cəlbedici" dil hansıdır sualı verilib.

2017-ci ildə keçirilən oxşar sorğuda fransız dili dünyanın ən cəlbedici dili seçilib. Bu il yenidən keçirilən sorğuda “İtalyan” dünyanın ən cəlbedici dili seçilib.

İtalyan dili  ən cəlbedici, ən romantik və ən ehtiraslı dil kimi təsvir edilib.

"Daily Mail"-ə danışan Noel Wolf, "İtalyancanın cazibəsini artıran bəzi xarakterik xüsusiyyətlər var. İtalyanca danışarkən yüksəliş və enişlər musiqi keyfiyyəti yaradır və bəzi insanlar bunu cəlbedici görür" deyə bildirir.

Tədqiqat iştirakçıları "ən birbaşa dil" olaraq alman dilini, "ən nəzakətli dil" olaraq isə  ingilis dilini seçiblər.