Rusiya hakimiyyəti Donald Trampın Ağ Evə qayıtmasını dəstəkləyəcək.
Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.
“Tramp seçilsə, Kremldə bayram olacaq. Buna şübhə yoxdur, çünki Putin onu asan hədəf hesab edir”, - Bolton bildirib.
Boltonun fikirlərinə münasibət bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, Donald Tramp Amerikanın istəklərinə cavab verən siyasətçidir:
"Rusiya da bunu çox gözəl başa düşür. Ona görə də bəzi qüvvəllər Trampın adını qaralamaq üçün onu Rusiyanın adamı kimi göstərməyə çalışırlar. Tramp "Respubilikaçı" olduğuna gorə "Demokratlar"dan fərqli olaraq daha çox Amerikanın maraqlarını üstün tutur. Eyni zamanda Tramp yaxşı biznesmendir və Amerikanın Ukrayna savaşında çoxlu vəsait itirdiyini görür. Hətta o, bəyan etmişdi ki, Prezident olsa, bir günə muharibəni dayandıracaq. Əgər Tramp hakimiyyətə gəlsə, Amerika Birləşmiş Dövlətləri (ABŞ) və Rusiya arasında münasibətlər normallaşa bilər. Çünki Tramp hesab edir ki, Rusiya və Ukrayna savaşının dayanması Amerikanın maraqlarına cavab verir".
Ekspert qeyd edib ki, Trampln fikirlərinin nə qədər düz olmağını görmək üçün seçkilərdən sonrakı vəziyyətə baxmaq lazımdır:
"Rusiya onsuz da müharibədə qalib tərəf sayılır. Sadəcə olaraq Tramp seçkiləri qazansa, Rusiya daha tez qalibiyyətə qovuşacaq".