Fələstin Baş naziri hökumətin istefasını Prezident Mahmud Abbasa təqdim edib.
Bu barədə Baş nazir Mohammed Ştayyeh mətbuat konfransında bildirib.
Hakim Fəth partiyasının mərkəzi komitəsinin üzvü olan Mohammed Ştayyeh 2019-cu ildən Fələstinin Baş naziridir.
Mövzu ilə əlaqədar “Sherg.az”a danışan Ortu Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan vurğulayıb ki, Qəzza zolağında baş verən hadisələr Fələstin dövlətində hökümət böhranı yaradıb:
“Çünki HƏMAS-ın İsrailə hücumu nəticəsində yaranan hümanitar böhran, ictimai təhlükəsizlik məsələsi, Fələstinin Ramallah və digər bölgələrində olan iqtisadi vəziyyət bölgədə ciddi narahatlıqlar doğurub. Ona görə də çıxış yolunu hökümətin istefaya göndərilməsində və yeni kabinetin yaradılmasında görürlər. Ehtimal edilir ki, yeni yaranacaq kabinetin başçısı Fələstin İnvestisiya Fondunun rəhbəri Məhəmməd Mustafa olacaq. Məhəmməd Mustafanın və yaxud başqa bir şəxsin rəhbərliyi ilə yaradılacaq yeni hökümətin prespektivdə İsraillə bir sıra məsələlər istiqamətində danışıqlara getməsi gözləniləndir. Bu danışıqlar isə Qəzza zolağındakı mövcud hümanitar vəziyyət və girovların qaytarılması ilə əlaqəli ola bilər”.