Fransa-Rusiya kəllələşməsi: Qərbin Ukraynaya ordu göndərir?

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya Avropa qoşunlarının göndərilməsini istisna etməyib.
Bu barədə Fransa lideri ötən gün Parisdə Ukrayna məsələsinin müzakirəsi üçün 20-yə yaxın ölkə liderinin toplantısından sonra mediaya açıqlamasında deyib.
Buna baxmayaraq, o, hazırkı mərhələdə bu məsələdə konsensus olmadığını da bildirib:
“Hazırda Ukraynaya ordu göndərmək üçün konsensus yoxdur. Amma heç nəyi istisna etmək olmaz. Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, Kollektiv Qərbin Ukraynaya ordu göndərməklə bağlı hələ real addımları yoxdur: 

“Avropa İttifaqı Ukrayaya yardımla bağlı konkret razılığa gələ bilməyib. Əlli milyard euroya qədər yardım edilməsi  gözlənilirdi, amma bu real olaraq baş tutmayıb. Ukraynaya indiki vəziyyətdə həmin kömək edilməyibsə, deməli Avropanın NATO içərisindən ordu göndərmək cəhdləri inandırıcı görünmür. Ukraynaya yardım göndərməklə bağlı təkcə Fransanın deyil, digər ölkələrində razılığı olmalıdır. NATO daxilində son sözü aparıcı fiqur sayılan tərəflər Amerika Birləşmiş Ştatları və Türkiyə deyir. Eyni zamanda qeyd etmək lazımdır ki, NATO içərisində bəzi ölkələr Rusiya ilə münasibətlərini korlamaq istəmir”. 
Qeyd edək ki, ötən gün Çexiya və Slovakiya Ukraynaya heç bir halda ordu göndərməyəcəklərini elan etmişdilər.