Amerika Birləşmiş Ştatları ən son gizli bombardmançı “B-21 Raider”in istehsalını sürətləndirməlidir.
“Report” xəbər verir ki, bunu ABŞ-ın Strateji Komandanlığının (STRATCOM) rəhbəri Entoni Kotton deyib.
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi qarşısında çıxış edən general “B-2”in istehsal sürətinin aşağı olmasından narahat olduğunu və bunu sürətləndirmək istədiyini bildirib.
Bundan əlavə, Kotton qeyd edib ki, müasir dünyada ABŞ kütləvi qırğın silahlarının yaradılması üzrə proqramlarını inkişaf etdirməyə davam edən İran və Şimali Koreya tərəfindən artan nüvə təhlükəsi ilə üz-üzədir.
“B-21 Raider” strateji bombardmançı ilk dəfə bir ildən az əvvəl nümayiş etdirilib. Təyyarə “Northrop Grumman” tərəfindən hazırlanır. Radar tərəfindən aşkarlanmasının qarşısını alan gizli texnologiyaya malik təyyarə nüvə silahı daşımağa qadirdir.