Qadının uğursuz edamından sonra həbsxana rəhbəri işdən çıxarılacaq

ABŞ-nin Tennessi ştatının İslah Müəssisələri Departamentinin rəhbəri Frenk Strada qadın məhbus Krista Paykın uğursuz edamından sonra vəzifəsindən azad ediləcək.

Sherg.az xəbər verir ki, "Associated Press"in məlumatına görə, sentyabrın 30-da Payka ölümcül preparatın iki dozası vurulsa da, o, sağ qalıb. Edam zamanı yeddi iynədən istifadə edilib.

Hadisə ilə bağlı müstəqil araşdırma aparılır. Strada istefasının ştatın maraqlarına uyğun qərar olduğunu bildirib.

Krista Payk Tennessi ştatında 200 ildən çox müddətdə edam edilən ilk qadın olmalı idi. O, 1995-ci ildə 19 yaşlı Kollin Slemmerin qətlinə görə ölüm cəzasına məhkum edilmişdi.