Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkənin birləşməsindən təxminən 40 il sonra almanların əhəmiyyətli hissəsinin siyasi sistemə etimadını itirdiyini bildirib.
Sherg.az xəbər verir ki, o, Alman Birliyi Günü münasibətilə Bremendə çıxışı zamanı bir çox vətəndaşın gözləntilərinin doğrulmadığını deyib. Ştaynmayerin sözlərinə görə, bu narazılıq yalnız ölkənin şərqində deyil, digər bölgələrdə də müşahidə olunur.
Prezident kansler Fridrix Mertsin hökumətini siyasətə yanaşmaları yenidən nəzərdən keçirməyə çağırıb və sabit siyasətin indi daha vacib olduğunu vurğulayıb.