ABŞ Sahil Mühafizəsi Nantaket adası yaxınlığında göyərtəsində altı nəfərin olduğu təyyarəni axtarır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası şənbə günü səhər təyyarə ilə əlaqənin kəsildiyini bildirib.
Məlumata görə, "Gulfstream" markalı təyyarə Bermud adalarından Bostona uçurdu. Axtarışlar Nantaket sahillərində aparılır.