Paşinyan Sisi ilə görüşdü

Misirdə səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan bu ölkənin Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
Bu barədə Ermənistan hökumətindən məlumat verilib.
“İki ölkə liderləri arasında təkbətək söhbət olub, daha sonra geniş tərkibdə müzakirələr aparılıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Misirdə ikigünlük səfərdədir.