Bakı metrosunda ölüm hadisəsi

Metronun "Avtovağzal" stansiyasında kişi vəfat edib.

Sjerg.az Trend-ə istinadla xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Belə ki, stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı pisləşib. Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb.

Bakı Metropliteni QSC hadisəni təsdiq edib:

“Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”.