İllər əvvəl satmışdı! Tatlısəs "Qaldığımız yerdən davam edəcəyik" dedi


"İmperator" ləqəbli İbrahim Tatlısəsin illər əvvəl satdığı avtobus şirkətini yenidən açacağı məlum olub. Bir çox iş sahələrdə fəallıq göstərən məşhur  müğənni təəccüblü hadisəni sosial şəbəkədə açıqlayıb.

Sherg.az xəbər verir ki, 2011-ci ildə baş verən silahlı hücumdan sonra çətin günlərin öhdəsindən gəlməyi bacaran İbrahim Tatlısəs uzun fasilədən sonra "İbo Şou" proqramı ilə ekranlara qayıdıb. İş həyatı ilə də ön planda olan 72 yaşlı sənətçi sərmayə qoyuluşlarını davam etdirir.

Müğənnilik karyerası xaricində yeyinti, içki sənayesi və tikinti layihələri ilə adından söz etdirən müğənni illər əvvəl satdığı şəhərlərarası sərnişin daşıma şirkəti "Tatlıses Turizim"i yenidən açır. 


Sosial media hesabında diqqətçəkən paylaşım edən İbrahim Tatlısəs avtobus sahiblərinə “Avtobuslarınızla karvanımıza qoşulmağınızı gözləyirik” mesajı ilə müraciət edib .

Tezliklə yola çıxacaqlarını bildirən İbo, "Tatlıses Turizm"i ən qısa zamanda yenidən istifadəyə veririk. Xidmətinizə hazırıq. Qaldığımız yerdən davam edəcəyik" deyə qeyd edib.