92 yaşlı media milyarderi  6-cı dəfə nişanlanıb

Avstraliya əsilli amerikalı media maqnatı Rupert Merdok yenidən evlənməyə hazırlaşır.

"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, 92 yaşlı Merdok rus əsilli alim Yelena Jukova ilə nişanlanıb. İstefada olan molekulyar bioloq Jukovanın 67 yaşı var.

Cütlüyün bir neçə aydır görüşdüyü və gələn ilin yayında ailə quracaqları bildirilib. Cütlük Merdokun Kaliforniya ştatının Moraga şəhərindəki üzüm bağında evlənəcək.
Media maqnatı ən son Ann Lesley Smith ilə nişanlanmışdı, lakin cütlük iki həftə sonra, keçən ilin aprelində ayrılmaq qərarına gəlib.

Merdok bundan əvvəl 4 dəfə evlənib.

Rupert, 1956-1967-ci illərdə avstraliyalı stüardessa Patricia Booker, 1967-1999-cu illərdə Şotland əsilli jurnalist Anna Mann və 1999-2013-cü illərdə Çin əsilli sahibkar Wendi Denq ilə evli olub. Merdok sonuncu həyat yoldaşı, məşhur keçmiş model Cerri Holldan 2022-ci ildə ayrılıb.