Gənc aparıcı qəfil yıxılaraq dünyasını dəyişdi! Acı xəbəri meneceri açıqlayıb

BBC-nin Şotlandiyalı aparıcısı və uşaq yazıçısı Nik Şeridan 32 yaşında vəfat edib. Bildirilib ki, jurnalist qaçarkən qəfil yıxılıb və beyin anevrizması olub.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  Şeridan bir neçə gün reanimasiyada qaldıqdan sonra çərşənbə günü ailəsinin əhatəsində vəfat edib.

Şeridanın ölüm xəbərini onun işlədiyi BBC Scotland-ın xəbər direktoru Qari Smit açıqlayıb. Ofislərində Şeridan üçün bir dəqiqəlik sükut da olub.

Smit açıqlamasında deyib:

"Nik gözəl həmkar, son dərəcə istedadlı jurnalist, aparıcı və yazıçı idi. Ətrafındakı hər kəsin həyatını işıqlandıran nadir insanlardan idi.  Ürəyimiz onun valideynləri, tərəfdaşı və bütün ailəsi və dostları ilə birlikdədir".
Şotlandiyanın Baş naziri Humza Yusuf Həmzə də Şeridanı son dərəcə istedadlı jurnalist kimi xarakterizə edib və gənc aparıcı üçün çox darıxılacağını bildirib.