Dünyanı yaşlı liderlər idarə edir- "WSJ" yazdı

“Wall Street Journal”ı “Dünyanı yaşlı liderlər idarə edir” başlıqlı xəbərində son illərdə dünyada 70 və yuxarı yaşda olan liderlərin sayının artmasına diqqət çəkib.

Sherg.az "WSJ" nəşrinin yayımladığı yazını təqdim edir.

Təxminən 10 il əvvəl daha gənc sayıla biləcək 52 yaşlı Barak Obama Ağ Evdə idi. O zaman Çin prezidenti Si və Rusiya prezidenti Putinin 60 yaşının əvvəlində idi. Halbuki bu gün dünya əhalisinin ən azı yarısı 70 yaşdan yuxarı liderlər tərəfindən idarə olunur....

10 il əvvəl dünyanın ən sıx məskunlaşdığı 10 ölkədən yalnız birinin - Hindistanın 70 yaşdan yuxarı lideri var idi. Fevral ayından etibarən dünya əhalisinin ən azı yarısı 70-80 yaşlarında olan liderlər tərəfindən idarə olunmağa başladı.

KAMERUN

Müvafiq olaraq, dünyanın ən yaşlı lideri 91 yaşı olan Kamerun prezidenti Paul Biyadır. 1982-ci ildən bu vəzifədə olan Biya Afrikanın ən uzun ömür sürən lideridir.

SƏUDİYYƏ ƏRƏBİSTANI

Səudiyyə Ərəbistanının 88 yaşlı kralı Salman bin Əbdüləziz Əl Səud 2015-ci ildən taxtdadır.

ABŞ

81 yaşlı ABŞ prezidenti Co Bayden 2020-ci ildə vəzifəyə gələndə ölkənin ən yaşlı prezidenti olub. Noyabrda yenidən prezidentlik yarışına girməyə hazırlaşan Bayden bu titulu təzələmiş kimi görünür.

BRAZİLİYA
2022-ci il oktyabrın sonunda Braziliyada keçirilən seçkilərdə  Luis İnasiu Lula da Silva  11 ildən sonra yenidən prezident seçildi. 78 yaşlı Lula ifrat sağçı rəqibi Jair Bolsonaronu məğlub edərək üçüncü dəfə lider olub.

BANQLADEŞ

Banqladeşin 76 yaşlı baş naziri Şeyx Hasina yanvar ayında keçirilən seçkilərdə 5-ci dəfə vəzifəsinin icrasına başlayıb. Hasina 5-ci dəfə baş nazir vəzifəsinə gələrək ölkədə yeni çığır açıb.

HİNDİSTAN

Hindistanın 73 yaşlı baş naziri Narendra Modi 2014-cü ildən vəzifədədir.

PAKİSTAN

Pakistanın yeni baş naziri Şahbaz Şərif martın əvvəlində and içib. 72 yaşlı Şərif 2022-2023-cü illərdə Pakistan prezidenti olub və 2023-cü ilin avqustuna qədər ölkəni idarə edib.

İNDONEZİYA
İndoneziyada fevral ayında keçirilən seçkilərdə qeyri-rəsmi nəticələrə görə, ölkənin keçmiş müdafiə naziri Prabovo Subianto İndoneziya prezidenti seçilib. Beləliklə, 72 yaşlı Subianto İndoneziyanın yeni lideri olmağa hazırlaşır.

RUSİYA

Oktyabrda 71 yaşı tamam olan Rusiya prezidenti Vladimir Putin 2012-ci ildən bu vəzifəni icra edir. Martın 15-17-də keçiriləcək seçkilərdə Rusiya lideri Putin yenə də yarışacaq.

NIGERIYA

71 yaşlı Nigeriya prezidenti Bola Əhməd Tinubu keçən il keçirilən seçkilərlə vəzifəsinin icrasına başlayıb.

ÇİN

70 yaşlı Çin prezidenti Si Cinpin 2012-ci ildən ölkə rəhbəridir.