İranda rəqs edən iki qadın həbs edilib

İranda  Yeni ilin gəlişi olan Novruzu qeyd etmək üçün rəqs edən iki nəfər həbs edilib. Qadınların videosu sosial şəbəkədə böyük marağa səbəb olub.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Tehran administrasiyası qadınlara qarşı təzyiqlərinə yenisini əlavə edib.

İran mediası bu gün Tehranda iki gənc qadının Yeni ilin gəlişini qeyd etmək üçün rəqs etdiklərini əks etdirən video yayımlandıqdan sonra həbs olunduğunu bildirib.

İran paytaxtının şimalında gənclərin məşhur toplaşdığı məkan olan Təcriş meydanı yaxınlığında rəqs edən iki qadının klipi sosial mediada yayılıb.

Tasnim xəbər agentliyi xəbər verir ki, “Tehran prokuroru Təcrişdə rəqs edərək sosial normaları pozan iki qadının həbsinə göstəriş verib”.

İki qadın rəqsləri və mahnıları martın 20-də başlayan  Yeni ilinin gəlişi olan Novruz Bayramını  müjdələyən qırmızı geyimli folklor personajı Hacı Faruz kimi geyiniblər.

İranda tətbiq edilən İslam qanunları qarışıq rəqsləri və ya qadınların ictimai yerlərdə tək qalmasını qadağan edir.

2022-ci ilin sonunda Məhsa Əmininin sentyabr ayında həbsdə ölməsindən sonra ölkəni sarsıdan kütləvi etiraz hərəkatı ilə, son aylar İranda ictimai yerlərdə, xüsusən də metroda rəqs edən qadınların çoxsaylı videoları yayılıb.