Sisi: Qəzzanın yenidən qurulması 90 milyard dollara başa gələcək

Misir prezidenti Əbdülfəttah əs-Sisi Qəzzanın yenidən qurulması ilə bağlı açıqlamalar verib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Sisi 2023-cü il oktyabrın 7-dən İsrailin davamlı hücumlarına məruz qalan Qəzza zolağının yenidən qurulmasının dəyərinin 90 milyard dollar olduğunu bildirib.

Misirin “Əl-Ehram” qəzetinin məlumatına görə, Sisi Misir ordusunun paytaxt Qahirədə təşkil etdiyi simpoziumda etdiyi çıxışda Qəzza zolağında baş verənlərin həm Misir, həm də bütün bölgə üçün “meydança” demək olduğunu bildirib.

Misir prezidenti Rəfah sərhəd qapısının sutkanın 24 saatı açıq olduğunu və quruya girişdə yaranan çətinliklər səbəbindən yardımın Qəzza zolağına hava ilə çatdırıldığını bildirib.

Dünən Qəzza zolağına yardım aparan təyyarələrin atdığı humanitar yardım qutularının paraşütlərinin açılmayaraq ərazidə kömək gözləyən fələstinlilərin üzərinə düşməsi nəticəsində 5 nəfərin öldüyü, yaralananların olduğu bildirilirdi.