ABŞ-dən Qəzzaya növbəti hava yardımı çatdırılıb

ABŞ Qəzza zolağına havadan yardım göndərməkdə davam edir.

Sherg.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bu gün verdiyi açıqlamada, humanitar yardımın yerli vaxtla saat 14.18-də havadan Qəzza zolağının şimalına atıldığı bildirilib.

Açıqlamada, humanitar yardım materiallarının havadan çatdırılması üzrə ixtisaslaşmış ABŞ əsgərlərinin birgə əməliyyatda iştirak etdiyi ifadə edilib: "ABŞ Hərbi Hava Qüvvələrinə aid C-130 təyyarələri 41 min 400-dən çox qida maddəsi və 23 min şüşə içkini havadan Qəzza zolağının şimalına   ataraq  vətəndaşların kritik yardıma çıxışını təmin etdi. Bu hava tədarükü uzunmüddətli səylərin bir hissəsidir və biz hava tədarüklərini davam etdirməyi planlaşdırırıq."