Baydenin yeni seçki reklamı: "Mən gənc və yaraşıqlıyam"

ABŞ prezidenti Co Baydenin seçki komandası 30 milyon dollarlıq reklam kampaniyasına prezidentin birbaşa yaşı ilə bağlı narahatlıqlara ünvanladığı bir reklamla başlayıb. Altı həftə yayımlanacaq reklamda Baydenin "gənc, yaraşıqlı və enerjili" olduğu iddiası diqqət çəkib.
Sherg.az xəbər verir ki, noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, namizədlərin təşviqat kampaniyası aramsız davam edir.

Yaşı və sağlamlıq problemləri tez-tez gündəmdə olan ABŞ prezidenti Co Bayden televiziya və rəqəmsal platformalarda yayımlanacaq yeni reklam çarxında bu mövzuları gündəmə gətirib.

Altı həftə ərzində televiziyada yayımlanacaq 60 saniyəlik reklam bir çox seçicinin prezidentin yaşı ilə bağlı narahatlığını aradan qaldırır.

“Sizin üçün” adlı reklam şən əhval-ruhiyyədə Baydenlə açılır. 81 yaşlı prezident Co Bayden deyir: "Bax, mən gənc deyiləm. Bu, sirr deyil. Amma mən bilirəm ki, Amerika xalqı üçün işlər necə olmalıdır".

Reklam çarxında Bayden ölkəsini Covid-19 böhranından xilas etdiyini və ABŞ-ın bu gün dünyanın ən güclü iqtisadiyyatına sahib olduğunu söyləyir.

Təbii ki, reklamda keçmiş prezident Donald Trampın da adı çəkilir. Bayden reklamda "Donald Tramp hesab edir ki, prezidentin vəzifəsi Donald Trampın qayğısına qalmaqdır. İnanıram ki, prezidentin işi sizin, Amerika xalqı üçün mübarizə aparmaqdır və mən də məhz bunu edirəm".

Bundan əlavə, reklamın sonunda Bayden yaşı ilə bağlı tənqidlərə işarə edərək, "Bax, mən çox gənc, enerjili və yaraşıqlıyam" deyərək zarafat edir.


Ölkə Bayden-Trampın revanş görüşünə hazırlaşarkən, sorğular göstərir ki, ABŞ-da seçicilərin 73 faizi  effektiv prezident olmaq üçün Baydenin çox yaşlı olduğuna inanır.

2020-ci ildə Baydenə səs verənlərin 26 faizi razılaşırlar ki, bu dəfə Baydenin yaşı onun  ikinci müddətə qeyri-effektiv prezident edəcək.

Baxmayaraq ki, 81 yaşlı Bayden yenidən seçilmək istəyən ən yaşlı prezidentdir və daim yaşı ilə gündəmə gətirilir, 77 yaşlı Tramp ondan cəmi dörd yaş kiçikdir.