Keyt Middltondan mesaj: Əməliyyatdan 2 ay sonra ilk şəkil

Britaniya kral ailəsinin Uels şahzadəsi Keyt Middlton yanvar ayında keçirdiyi qarın əməliyyatından sonra iki ay susmuşdu. Yanvar ayından bəri ilk ictimai mesajında ​​şahzadə ictimaiyyətə dəstək mesajlarına görə təşəkkür edib.

Sherg.az xəbər verir ki, İngiltərə kralı III. Çarlzın oğlu və taxt-tacın varisi Uels şahzadəsi Uilyamın həyat yoldaşı şahzadə Keytin qarnından əməliyyat olunduğu açıqlanıb.

 Kensington Sarayından verilən açıqlamada əməliyyatının planlı və uğurlu olduğu, Şahzadə Keytin təxminən 2 həftə xəstəxanada qalacağı bildirilib.

Şahzadə yanvar ayından bəri ilk dəfə səssizliyini pozaraq təşəkkür mesajı ilə birlikdə yeni foto paylaşıb.

Şəklin şərhində "Xoş diləkləriniz və son iki ayda davamlı dəstəyiniz üçün təşəkkür edirəm" sözləri yazılıb.

Qeyd edək ki,  Şahzadə Uilyam qatıldığı bir neçə tədbirdə Keytin səhhəti ilə bağlı ona ünvanlanan sualları "Hər şey yaxşıdır, yaxşılaşır" deyərək cavablandırıb.

42 yaşlı şahzadə əməliyyatdan sonra Londonun mərkəzindəki London Klinikasında 13 gecə qalıb.