Rusiyaya kütləvi raket hücumu: Neft bazası yanır...

Rusiyanın Moskva, Kursk, Tula, Bryansk, Belqorod və Leninqrad vilayətlərinə PUA və raket hücumu edilib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod üzərində 1 “Toçka-U” və 8 “Vampir” RYAS mərmisini zərərsizləşdirib.

Oryol şəhərində isə neft bazasına PUA hücumu edilib. Yanacaq dolu çənlərin yandığı bildirilir.