Paşinyan: Aİ-nin Ermənistandakı missiyasının mandatı daha iki il uzadıla bilər

Avropa İttifaqı ilə Ermənistanın yaxınlaşmasında erməni xalqının fikrini nəzərə almaq lazımdır.
APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Baş nazir erməni cəmiyyətində Avropaya istəyin olması ilə bağlı ölkənin XİN rəhbəri Ararat Mirzoyanın açıqlamalarını şərh edib. O, özünün Avropa Parlamentində çıxışı zamanı Ermənistanın Aİ-nin mümkün hesab etdiyi qədər İttifaqla yaxınlaşmağa hazır olması barədə bəyanatını xatırladıb.
Paşinyan həmçinin qeyd edib ki, həmin məsələdə erməni xalqının bu yaxınlaşmanı nə dərəcədə mümkün hesab etdiyini də nəzərə almaq lazımdır.
Nikol Paşinyan onu da bildirib ki, Aİ-nin Ermənistandakı missiyasının mandatı daha iki il uzadıla bilər.