2-ci Ordu Komandanı general-leytenant Metin Tokel və onu müşayiət edən heyət İraqın yerli rəsmiləri ilə sərhəd təhlükəsizliyi toplantısı keçirib.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi əməliyyatların İraq təhlükəsizlik birlikləri ilə sıx koordinasiyalı şəkildə həyata keçirildiyi qeyd edilib.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
"Şimali İraqda həyata keçirdiyimiz əməliyyatlar İraq təhlükəsizlik bölmələri ilə sıx koordinasiya şəraitində baş tutur. Bu çərçivədə 2-ci Ordu Komandanı general-leytenant Metin Tokel və onu müşayiət edən heyət İraqın yerli rəsmiləri ilə sərhəd təhlükəsizliyi toplantısı keçirib.
“Claw-Lock” əməliyyatı bölgəsi sərhədlərində yerli İraq rəsmiləri ilə keçirilən görüşdə İraq- Türkiyə sərhəd xəttinin təhlükəsizliyi və İraq vətəndaşlarının təhlükəsizliyinin artırılması istiqamətində görüləcək tədbirlər də müzakirə edilib".