Zaxarova Britaniya səfirini XİN-ə çağırılmaqla hədələyib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniya səfirini ölkədə prezident seçkiləri ilə bağlı paylaşımına görə Xarici İşlər Nazirliyinə çağırılacağı ilə hədələyib.
APA xəbər verir ki, Zaxarova bu barədə “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya tərəfi ölkədə prezident seçkilərinə müdaxilə cəhdlərinin qeydiyyatını diqqətlə aparır.

“Onu (Böyük Britaniya səfirini -red) görmək bizə zövq vermir, amma buna son qoyulmasa, bunun qarşısının alınması üçün onu çağıra bilərik”, - deyə Rusiya rəsmisi qeyd edib.

Zaxarovanın şərhinə səbəb Böyük Britaniya səfirliyinin Krım, “LPR”, “DXR”, Zaporojye və Xerson vilayətlərində Rusiya prezident seçkilərində səsvermə ilə bağlı bəyanatı olub.