Rusiya MSK: Putin prezident seçkilərində liderdir

Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin protokolların 40 %-nin hesablanmasından sonra prezident seçkilərində 87,34 % səslə liderdir.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Siyahıda ikinci yeri Kommunist Partiyasını təmsil edən Nikolay Xaritonov (4,02 %), üçüncü yeri “Yeni insanlar”dan Vladislav Davankov (3,98%), dördüncü yeri Liberal Demokrat Partiyasından Leonid Slutski (3,07%) tutub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentliyə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin seçkilərdə səslərin hesablanması ilə bağlı məlumatlandırılıb.