Rusiya FTX Krımda terror aktı törətməyə hazırlaşan qadını saxlayıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Krımda dəmir yolunda terror aktı törətməyə hazırlaşan rusiyalı qadını saxlayıb.
APA xəbər verir ki, bu barədə FTX mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Krımda dəmir yolunda terror aktı hazırlayan 24 yaşlı rusiyalı qadını saxlayıb. Saxlanılan 1999-cu il təvəllüdlü şəxs Ukrayna kəşfiyyatının göstərişi əsasında “Krım Dəmir Yolu”na məxsus elektrik şkafında yanğın törətməklə hərbi yükdaşımaları ləngitməyi planlaşdırıb.

Onun barəsində terror aktına hazırlıq və dövlətə xəyanət maddələri ilə cinayət işi başlanıb.