Türkiyə ilə İraq arasında terrorla mübarizədə təmaslar həyata keçirilir

Türkiyə ilə İraq arasında terrorla mübarizədə sistematik təmaslar həyata keçirilir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində bildirib.

O qeyd edib ki, son 20 ildə İraq üçün çətin bir dönəm olub, lakin artıq vəziyyət düzəlmək istiqamətindədir. Onun sözlərinə görə, PKK terror təşkilatı bu ölkədə qarışıqlıqdan istifadə edərək, öz mövqelərini güclənidirib: “PKK Türkiyədə bir qarış torpaq belə ələ keçirə bilməsə də, İraq və Suriyada buna nail olub”.

H. Fidan, həmçinin rəsmi Bağdadın Ankara ilə terrora qarşı mübarizədə artıq əməkdaşlığa getməsinin son dərəcə vacib olduğunu vurğulayıb.

Nazir onu da əlavə edib ki, iqtisadi əməkdaşlıq və regional inkişaf məsələlərində Türkiyə - İraq - İran xətti yaradıla bilər.