AB-dən ilk: İsraillilərə sanksiya tətbiq ediləcək!

Avropa Birliyi (AB) ilk dəfə olaraq İordan çayının qərb sahilində məskunlaşan israillilərə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə DPA agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, AB-yə üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə müvafiq plan barədə razılığa gəliblər.