Ərdoğan və Putin arasında telefon danışığı baş tutub

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibəti ilə təbrik edib, ona Rusiya xalqının rifahı naminə hökumət fəaliyyətində yeni uğurlar arzulayıb.

Telefon danışığı zamanı çoxşaxəli Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi maraqları naminə bundan sonra da sıx əməkdaşlıq üçün qarşılıqlı istək ifadə olunub.

Liderlər beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən Qara dəniz regionu ilə bağlı məsələlər müzakirə ediblər.

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı və Türkiyədəki bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

Müxtəlif formatlarda dialoqun davam etdirilməsi razılaşdırılıb.