Klintondan Günəş tutulması xəbərdarlığı: Trampdan məsləhət almayın!

Ötən gün ABŞ-nin şərq ştatlarında və Kanadanın cənub-şərqində tam Günəş tutulması baş verib. 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, günəş tutulmasını ABŞ-nin bir çox ştatında qoruyucu eynək taxan insanlar izləyib. 


Keçmiş dövlət katibi Hillari Klinton günəş tutulması ilə bağlı mesajında ​​Donald Trampın 2020-ci ildə paylaşdığı mesaja və 2017-ci ildə baş verən Günəş tutulmasını seyr edərkən çəkilmiş fotoya istinad edib.

Klinton yenidən "xatırlatma" qeydi ilə paylaşdığı mesajında ​​"Lütfən, günəş tutulmasına birbaşa baxan bir adamdan tibbi məsləhət almayın" deyib.

ABŞ prezidenti Co Bayden Ağ Evin eyvanından günəş tutulmasını izləyib.

Tutulmadan sonra X hesabında paylaşım edən Bayden, "Günəşi yenidən görmək çox gözəldir" deyib.