Özgür Özelin səhhəti ilə bağlı CHP-dən açıqlama


CHP sədri Özgür Özelin keçirdiyi əməliyyatlardan sonra səhhətinin yaxşı olduğu bildirilib.

Sherg.az xəbər verir ki, CHP-dən verilən açıqlamada Özəlin planlaşdırıldığı kimi aprelin 5-də səs tellərindən əməliyyat olunduğu, dünən və bu gün gözlərində linza əməliyyatı keçirdiyi bildirilib.

Açıqlamada əməliyyatı uğurla keçən Özəlin səhhətinin yaxşı olduğu və evə buraxıldığı qeyd edilib.