Vyetnamın ən böyük dələduzluq işində ölüm hökmü

67 yaşlı Truong My Lan Vyetnam tarixindəki ən böyük maliyyə fırıldaqçılığı işində ölüm cəzasına məhkum edilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, "Van Thinh Phat" daşınmaz əmlak şirkətinin 67 yaşlı sahibi Truong My Lan rəsmi olaraq 12,5 milyard dollarlıq (ölkənin 2022-ci il ÜDM-nin təxminən 3 faizi) dələduzluqda ittiham olunub.

İddiaya görə, Lan 2012-2022-ci illər arasında Saigon Səhmdar Kommersiya Bankına qeyri-qanuni nəzarət edib, 2500 kreditə icazə verib və bu da banka 27 milyard dollar zərər vurub.

Məhkəmə daşınmaz əmlakla zəngin qadından banka 26,9 milyon dollar təzminat ödəməsini tələb edib.

Yüngülləşdirici hallara baxmayaraq  məhkəmə ölüm cəzası istəyib və deyilib ki, Lan  ciddi nəticələrə səbəb olan planlı və mürəkkəb cinayət təşkilatının başında olub.

Daşınmaz əmlak maqnatı Lanın 2022-ci ilin oktyabrında həbsi 2022-ci ildən bəri Vyetnamda intensivləşən ən diqqətəlayiq anti-korrupsiya əməliyyatlarından biridir.

Vyetnamdakı daşınmaz əmlak sənayesi bu cür məhkəmələrdən xüsusilə ağır zərbə alıb: 2023-cü ildə təxminən 1300 daşınmaz əmlak şirkəti bazarı tərk edib.