Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) paytaxt Moskvada sinaqoqda terror aktının qarşısının alındığını açıqlayıb.
Sherg.az xəbər verir ki, FSB-nin mətbuat xidmətinin yaydığı bəyanatda “FSB Moskvadakı sinaqoqda vətəndaşlar toplaşarkən terror aktı törətməyi planlaşdıran 2002-ci il təvəllüdlü Mərkəzi Asiya ölkələrindən olan vətəndaşın cinayət əməlinin qarşısını alıb” deyilir.
Açıqlamada sözügedən şəxsin sinaqoqda kəşfiyyat apardığı və bomba üçün materiallar aldığı qeyd edilib: "Terrorçu aprelin 10-da saxlanılarkən təhlükəsizlik qüvvələrinə atəş açıb və zərərsizləşdirilib".