Bayden: ABŞ-ın Yaponiya və Filippinə qarşı müdafiə öhdəlikləri dəyişməz olaraq qalır

ABŞ prezidenti Co Bayden Yaponiya və Filippin liderlərini Ağ Evdə qəbul edib və bildirib ki, ABŞ-ın Hind-Sakit okeanın müdafiəsinə sadiqliyi sarsılmazdır.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Bayden Vaşinqtonda Yaponiyanın baş naziri Fumio Kişida və Filippin prezidenti Ferdinand Markos ilə görüşüb.

Üç liderin görüşü zamanı Hind-Sakit okean regionunda Çinin hərbi təhdidinə qarşı Bayden deyib: “ABŞ-ın Yaponiya və Filippinə qarşı müdafiə öhdəlikləri sarsılmazdır. Əvvəllər dediyim kimi, Cənubi Çin dənizində Filippin təyyarələrinə, gəmilərinə və ya silahlı qüvvələrinə hər hansı bir hücum bizim ümumi müdafiəmizi səfərbər edəcək~".

Qeyd olunub ki, Ağ Evdə keçiriləcək sammitdə üç liderin əsas diqqət mərkəzində Çinin Sakit okeanda təxribat xarakterli hərəkətləri ilə bağlı narahatlıqlar olacaq. Bildirilib ki, sammitin məqsədi Çinin regionu “qorxutmaq” cəhdlərinə qarşı çıxmaq və Çinin “region ölkələrindən kənarda” olması mesajını verməkdir.

İlk dəfədir ki, ABŞ, Yaponiya və Filippin üçlüyü belə bir sammitdə bir araya gəlir.