Bayden 7,4 milyard dollarlıq tələbə borcunu siləcəyini açıqladı

ABŞ-da Co Bayden administrasiyası tələbə borcu ilə bağlı daha bir addım atıb. Bayden 277 min şagirdin cəmi 7,4 milyard dollar borcunun silinəcəyini bildirib.

Sherg.az xəbər verir ki, Bayden ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri öncəsi tələbə borcu ilə bağlı yeni addım atıb.

Bayden yenidən seçilmək üçün  gənc seçicilərin dəstəyini almağa çalışır.

Bazar ertəsi o, ən azı 23 milyon amerikalıya fayda verəcək tələbə borcunu azaltmaq planlarını açıqlayıb.

ABŞ mətbuatı Baydenin seçkilər öncəsi verdiyi bu qərarını prezidentlik yarışında gənc seçicilərin səsini almaq məqsədi daşıdığı kimi şərh edib.


ABŞ Ali Məhkəməsi keçən ilin iyun ayında verdiyi qərarda Co Baydenin 2022-ci ildə tələbə kreditləri ilə bağlı amnistiya elan etməsinin konstitusiyaya zidd olduğuna qərar verib.

Bayden, keçən ilin iyun ayında ABŞ Ali Məhkəməsi tərəfindən 430 milyard dollarlıq tələbə krediti borcunu ləğv etmək üçün daha geniş planının bloklanmasından sonra borcunu yüngülləşdirməyin başqa yollarını tapacağına söz vermişdi.

ABŞ-da tələbə krediti borcu ümumilikdə 1,8 trilyon dollar təşkil edir.