Bill Qeyts elan etdi: Süni intellekt 3 peşəni ələ keçirə bilməyəcək

Microsoft-un həmtəsisçisi Bill Qeyts süni intellektin sosial faydaları haqqında həmişə nikbin açıqlamalar verib. Ancaq indi hətta milyarder iş adamları da süni intellektin onların işlərini əlindən ala biləcəyindən narahatdırlar.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Qeyts süni intellektin biznes sahələrinə təsirindən danışarkən, “Mən hətta işimi itirə bilərəm” deyib.

Bill Qeytsin açıqlamalarına görə, universitetə ​​daxil olan gənclər üçün ən yaxşı üç karyera planı bunlardır: alternativ enerji, sağlamlıq bioelmləri və inkişaf edən süni intellektin özü ilə əlaqəli sahələr.

Milyarder iş adamının sözlərinə görə, bu üç sahə süni intellektin insanların əlindən ala bilmədiyi biznes qollarıdır.

Qeyts 2024-cü ilə dair proqnozları ilə bağlı  "Biz indi süni intellektin təkbaşına hansı işləri görə biləcəyini və hansı işlərdə köməkçi olacağını daha yaxşı başa düşürük" deyə bildirib.

Bill Qeyts deyib ki, səhiyyə və alternativ enerji sahələrində iş yerləri süni intellektin gələcəyi üçün ən vacib və tətbiq oluna bilən sektorlardır.