Bu ölkə Aİ-yə üzvlüklə bağlı referendum keçiriləcək

Moldova Konstitusiya Məhkəməsi ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirilməsinə qərar verib.

Trend xəbər verir ki, bu barədə Moldova Konstitusiya Məhkəməsinin sədri Domnika Manole brifinqdə deyib.

Qeyd olunub ki, referendumun oktyabrın 20-də keçirilməsi nəzərdə tutulub.

Referendumda Moldova vətəndaşları "Moldovanın Avorpa İttifaqına daxil olmasını dəstəkləyirsinizmi?" sualını cavablandıracaqlar.