Sui-qəsd iddiası... Zelenski Təhlükəsizlik Xidmətinin rəhbərini işdən qovdu

Ukrayna Dövlət Təhlükəsizliyi Xidmətinin 2 polkovniki bu yaxınlarda Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən həbs edildikdən sonra Ukrayna prezidenti Vladimir Zelenski imzaladığı fərmanla Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Sergey Rudu vəzifəsindən azad edib. 

Sherg.az xəbər verir ki, 2019-cu ildə vəzifəyə başlayan Rudun yerinə hələlik yeni təyinat olmayıb.
SBU, Zelenskiyə və digər yüksək rütbəli hərbi və siyasi məmurlara sui-qəsd hazırlayan 5 Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentinin ifşa edildiyini, Rusiya kəşfiyyatına məlumat sızdırdığı iddia edilən 2 Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin polkovnikini həbs etdiyini açıqlayıb.