Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar davam edir .Verilən məlumatlara görə , etirazçılar arasında silahlı şəxslər var.
"Sherg.az" erməni teleqram kanallarının məlumatına istinadən xəbər verir ki , Ermənistanın İstintaq Komitəsi “Vətən naminə” hərəkatının iki etirazçısını saxlayıb. Bunlar hələlik adları açıqlanmayan 42 və 47 yaşlı İrəvan sakinləridir.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 334-cü maddəsinin 1-ci hissəsi (qanunsuz olaraq silah gəzdirmə, 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə cinayət işi açılıb.
İstintaq Komitəsinin məlumatına görə, şəxsi axtarış zamanı onların hər birində üstündə bıçaq olan lüləli silahlar aşkarlanıb.