Havada kabus! Sərnişin təyyarəsi hava boşluğuna girdi, ölən və yaralananlar var


İngiltərənin paytaxtı Londondan havaya qalxan sərnişin təyyarəsi Sinqapur yerinə Taylanda eniş etməli olub. Sinqapur Hava Yolları "Boeing 777" təyyarəsinin göyərtəsində ölən və yaralananların olduğunu təsdiqləyib.
Sherg.az xəbər verir ki, Londondan havaya qalxan və hava böşluğuna  girən Sinqapur Hava Yollarına məxsus təyyarədə ən azı bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Sinqapura uçan "Boeing 777-300ER" tipli təyyarə Taylandın paytaxtı Banqkoka istiqamətlənib və yerli vaxtla saat 15:45-də yerə enib. Aviaşirkətdən verilən açıqlamada SQ 321 reysinin cəmi 211 sərnişin və 18 ekipaj üzvü olduğu bildirilib.

Aviaşirkət rəsmiləri əlavə edib ki, sərnişinlərə tibbi yardım göstərmək üçün Tayland səlahiyyətliləri ilə işləyirlər və lazım olan hər hansı əlavə yardımı göstərmək üçün Banqkoka bir qrup göndərəcəklər.

Tailand hakimiyyəti "Suvarnabhumi" hava limanına təcili yardım maşınları və təcili yardım qrupları göndərib. Uçuş zamanı dəqiq nə baş verdiyi hələlik məlum deyil.

Beynəlxalq planlaşdırılmış uçuşlarda hava boşluğu səbəbindən ölüm halları son dərəcə nadir hallarda yaşanır, lakin ciddi xəsarətlər əvvəllər də qeydə alınıb.