Gəlini başdan-ayağa pulla örtdü! 

Filippinli bəy gəlin üçün nağd pula başlıq tikmək üçün əskinasları üst-üstə qoyub. Təəccüblü sürprizin görüntüləri internetdə yayıldıqdan sonra tez bir zamanda gündəm oldu və sosial media istifadəçiləri arasında trend mövzusuna çevrildi.

Yerli mətbuatın məlumatına görə, toy aprelin 27-də baş tutub və bəyin adı Con Klavesillas, gəlinin adı isə Yamayka Juridiko olub. Sosial mediada böyük səs-küyə səbəb olan sürprizindən sonra Con müsahibə verib və hədiyyəsinin simvolik məna daşıdığını açıqlayıb. Sevgisinin real vədi kimi təsvir etdiyi sürpriz, bir milyon peso nağd şəkildə olub.

"Biz bu evliliyi çoxdan planlaşdırmışdıq və mən gələcəkdə ailəmi dolandırmaq üçün bir milyon peso yığdım. Bunu ailəmizə və yaxınlarımıza göstərmək istədim".