İran rəsmisi qəza anını anlatdı: Rəisinin olduğu helikopter buludlu ərazidən çıxa bilməyib!

İranı silkələyən helikopter qəzasında prezident İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrasa da, sərhəddən qayıdan nümayəndə heyətini daşıyan daha iki helikopter havada olub. Onlardan biri də Prezident Aparatının rəhbəri Qulam Hüseyn İsmaili olub. İsmaili İran televiziyasına hadisənin anlarını izah edib. Qəza günü havanın açıq olduğunu deyən İran rəsmisi Rəisinin olduğu helikopterin buludlu ərazidən çıxa bilmədiyini söyləyib. İsmaili telefonla əlaqə saxladığı Təbriz İmamı ilə son söhbətindən də danışıb.
Sherg.az xəbər verir ki, İsmaili həmin anları İran televiziyasına danışıb.

Ölkənin şimal sərhədindən Təbrizə qayıdarkən havanın açıq olduğunu deyən İsmailinin verdiyi məlumata görə, uçuşdan təxminən 45 dəqiqə sonra dərə buludlarla örtülüb.

Vertolyotların buludların üstünə çıxmaq üçün hərəkətə keçdiyini bildirən İsmaili, iki helikopterin yenidən göründüyünü ifadə edib.

İkisinin ortasında uçan Rəisinin vertolyotiyla əlaqənin dəqiqə yarım sonra kəsildiyini bildirən rəsmi, digər helikopterlərin də bir müddət ərazidə axtarış apardıqlarını, lakin heç bir işarə tapa bilmədiklərini bildirib.

Rəisinin helikopterini tapa bilməyəndə bölgəyə endiklərini izah edən İsmaili, "İtmiş helikopterin pilotu da cavab vermirdi. Bir müddət sonra telefona Təbriz Cümə İmamı Ayətullah Əli Haşim cavab verdi" deyib.

İsmailinin verdiyi məlumata görə, Haşimin səsi pis olub.   “Yaxşı deyiləm, yaralıyam” deyən Haşim heç kimi görmədiyini, ətrafda yalnız ağacların olduğunu bildirib. İsmaili hadisədən sonrakı 3 saat ərzində Ayətullah Əli Haşimlə dəfələrlə danışdığını və bir müddət sonra cavabın kəsildiyini bildirib.

İran Prezidentinin də olduğu 8 nəfərin həyatını itirdiyi helikopterin qalıqlarına 15 saatdan sonra çatılıb.