Xamenei Rəisin nəvələrini qucaqladı, təsəlli verdi

  Helikopter qəzasında həyatını itirən İran prezidenti və onun nümayəndə heyəti üçün cənazə namazını İranın ali dini lideri Xamenei şəxsən qılıb. 

Sherg.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, cənazə namazəndan sonra Xamenei camaat arasından Rəisin nəvələri ilə görüşüb və balaca uşaqları qucaqlayıb və onlara təsəlli verib. Dəfn mərasimində iştirak edənlər həmin an bir ağızdan dua ediblər.