Britaniya MN rəhbəri: Çin Rusiyaya Ukraynada istifadə üçün öldürücü silahlar göndərməyə başlayıb

Çin Rusiyaya Ukrayna ilə müharibədə istifadə etmək üçün öldürücü silahlar göndərməyə başlayıb.
APA-nın “Reuters“ə istinadən xəbərinə görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.
Onun sözlərinə görə, bu barədə əldə olunan məlumatlar ciddi narahatlıq doğurur.
Nazir həmçinin hərbi qarşıdurmanın ilk günlərində Çinin Rusiya lideri Vladimir Putinə siyasi təzyiq göstərmək istədiyini, sonradan isə mövqeyini dəyişdiyini xatırladıb.