
Xameneidən Paşinyana mesaj - ŞƏRH
03:31 23.05.2024
Siyasət
489
O, “münasibətlərin əleyhdarları var” dedikdə birinci növbədə Amerika Birləşmiş Ştatlarını nəzərdə tutub
“Mərhum Prezidentimiz (İbrahim Rəisi - red) Ermənistanın sərhəd problemlərinə böyük həssaslıqla yanaşırdı”. Bunu İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib. Xamenei sərhəd mövzusunda İranın həssaslığına bundan sonra diqqət ediləcəyini bildirib: “İranın Ermənistanla əlaqələrini genişləndirmək siyasəti cənab Məhəmməd Möhbərin rəhbərliyi altında davam edəcək. İranla Ermənistan arasındakı münasibətlərə düşmən kimi yanaşanlar var. Ona görə də hər iki ölkə ilə bağlı məsələlər çox diqqətlə nəzərdən keçirilməlidir”. Qeyd edək ki, görüşün keçirildiyi zalda divarda İran İslam İnqilabının lideri, ölkənin ilk ali dini rəhbəri Ruhullah Xomeyni, masanın üzərində isə Əli Xameneidən sonra bu vəzifəyə keçməsi gözlənilən mərhum Prezident İbrahim Rəisinin rəsmi yer alıb.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, İranın ali dini lideri Əli Xameneinin Tehranda olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı söylədiyi bəzi fikirlərin alt qatı var. Ekspertin sözlərinə görə, “mərhum prezidentimizin Ermənistanın sərhəd problemlərinə böyük həssaslığı var idi” deyən ali dini lider bu həssaslığın və diqqətin bundan sonra da nəzərə alınacağını bildirib:

"Ermənistanın sərhədində nə problemləri var ki? Böyük ehtimalla ali dini lider bunu dedikdə ya Azərbaycanın Ermənistanla şərti sərhəddə strateji yüksəkliklərə nəzarət etməsini, ya da Zəngəzur dəhlizini nəzərdə tutub. Xamenei Paşinyanı arxayın etmək istəyib ki, İranın gələcək prezidenti də məhrum İbrahim Rəisi kimi Ermənistanın “sərhəd probleminə həssas yanaşacaq”. İranın bu “həssaslığının” heç bir əhəmiyyəti yoxdur, Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşir, dəhlizlə bağlı da danışıqlar davam edir və Tehran bu prosesə qarışa bilmir. Xameneinin “İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var, ona görə də hər iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həll olunmalıdır” cümləsi isə elə Nikol Paşinyanın özünə mesajdır. Xamenei “münasibətlərin əleydarları var” dedikdə birinci növbədə Amerika Birləşmiş Ştatlarını nəzərdə tutub. Ermənistanın Baş naziri İranla münasibətləri inkişaf etdirməklə yanaşı, Tehranın böyük şeytan adlandırdığı həmin ABŞ ilə siyasi və hərbi mövzularda dialoqu genişləndirib. Bu siyasət Tehranın və Qumun xoşuna gəlmir. Ona görə də Xamenei “aramızdakı məsələlər diqqətlə həll olunmalıdır” ifadəsi ilə Ermənistanın Baş nazirini xəbərdar edib. Nikol Paşinyan bir tərəfdən öz ölkəsində qarışıqlıq yaratmaq istəyən rayon səviyyəli din xadimi ilə mübarizə aparır, o biri tərəfdən də getdiyi ölkədə bir başqa din xadimi ona ağıl qoymağa çalışır".
Oxşar xəbərlər
Ceyhun Bayramov: Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsi üçün etibarlı mərkəzdir
01:41 26.09.2026
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib
22:58 25.09.2026
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol