İsraillilər yenidən küçələrə çıxıb: Netanyahuya qarşı qəzəb artır

İsraillilər bu şənbə günü ölkə boyu nümayişlər keçirərək, Qəzza zolağındakı israilli məhbusların geri qaytarılmasını və baş nazir Benyamin Netanyahu hökumətinin istefasını tələb ediblər. 
Sherg.az xəbər verir ki, nümayişlərdə on minlərlə israilli iştirak edib.

 
Hökumət əleyhinə qruplara qoşulan on minlərlə insan əsirlərin qaytarılması ilə bağlı siyasi iradənin biganəliyini tənqid edərək, ölkə tarixinin “ən sağçı hökumətinin” istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Başda paytaxt Təl-Əviv, Qərbi Qüds, Hayfa və Netanyahunun iqamətgahının yerləşdiyi şimaldakı Qeysəriyyə şəhəri olmaqla bir çox fərqli yerdə nümayişlər keçirilib. 


Etirazçılar nağara və fit çalaraq, əsirləri tez bir zamanda evlərinə qayıtmağa çağırıb, əllərində “Hamısı evə!”, “İndi istefa!” yazıları və Netanyahunu ittiham edən şüarlar səsləndiriblər. Nümayişçilər “Netanyahu, məhbusları azad et!”, “Məsuliyyət sənsən, günahkarsan”, “Qanlı baş nazirin əli qan içində” şüarları səsləndirib.

Netanyahu İsrail və beynəlxalq ictimaiyyət tərəfindən siyasi səbəblərə görə HƏMAS ilə məhbus mübadiləsi sazişi imzalamamaqda ittiham olunur.