Putinə müraciət: Rusiya Talibanı qadağan olunmuşlar siyahısından çıxara bilər

Rusiya Talibanla bağlı yeni addıma hazırlaşır.
Sherg.az xəbər verir ki, Rusiya Xarici İşlər və Ədliyyə Nazirliyi prezident Vladimir Putinə Talibanın Moskvanın qadağan olunmuş siyahısından çıxarıla biləcəyi barədə məlumat verib.

TASS dövlət xəbər agentliyinin bu gün xarici işlər nazirliyinə istinadən verdiyi məlumata görə, Rusiya Talibanı iyun ayında keçiriləcək Sankt-Peterburq İqtisadi Forumunda iştiraka dəvət edib.

Taliban 2021-ci ildə ABŞ qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda hakimiyyəti ələ keçirib.

Taliban hökuməti hakimiyyətə gəldikdən sonra qadın və qızlara təhsil və iş həyatına qadağa qoyub. 

Qadınlar 2021-ci ildən bəri öz fundamental hüquqları üçün çoxsaylı etiraz aksiyaları keçiriblər.