ABŞ dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda sülh prosesini müzakirə edib.
Bu barədə ABŞ dövlət katubi Blinken "X" hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə Qəzzaya humanitar yardımın artırılmasının əhəmiyyəti və Qafqazda sülh və rifahı dəstəkləmək yolları müzakirə olunub.
Blinken, Fidan görüşünü “Sherg.az”a dəyərləndirən AĞ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirib ki, Türkiyə Qəzzada baş verən faciəyə son qoymağa çalışır:
“ABŞ isə İsrailin yanındadır. İsrail də baş verən qırğınların günahkarıdır. Ona görə də Entoni Blinken və Hakan Fidan görüşünün Qəzzada xüsusi dəyişiklik edəcəyini gözləmirəm. Qəzzada İsrail soyqrımını müəyyən güclər dayandıra bilər. Amma hazırda heç bir müsəlman ölkəsi risk alıb Amerikayla üz-üzə gəlmək istəmir. Yəni Fidan və Blinken danışığının qəzzalılar üçün istisi, soyuğu yoxdur”.
Ekspert qeyd edib ki, danışıqlar zamanı Cənubi Qafqaz məsələsi də müzakirə edilib:
Təmaslardan hansısa irəliləyişlər əldə etmək mümkündür. Digər tərəfdən Amerika maraqlıdır ki, Ermənistanı müdafiə etsin və Nikol Paşinyan əlində tutduğu xəritəni qoruyub-saxlamaqla Azərbaycanla sülh müqaviləsi imzalasın. Qəzzada Türkiyə təsir mexanizminə sahib olmadığı kimi Cənubi Qafqazda da Amerikanın söz haqqı yoxdur. Çünki burada da qalib Türkiyənin ən yaxın müttəfiqi Azərbaycandır. Ümumiyyətlə isə Entoni Blinken, Hakan Fidan görüşünün Qəzzada və Cənubi Qafqazda status-kvonu dəyişəcəyini gözləmək düzgün deyil”.